Hipofiz vəzi xəstəliklərinin yaranma səbəbləri nələrdir?

Hipofiz vəzi xəstəliklərinin yaranma səbəbləri çox çeşidlidir, daha çox bu adenomalara bağlı hormon artıqlığına yaxud da əksikliyinə səbəb ola biləcək düyünlərlə, törəmələrlə əlaqədar olur. Bunların tam yaranma səbəbini bilmirik. Ehtimal olunur ki, genetik səbəblər, yəni gen mutasiyalarına bağlıdır. Tam səbəbini bilmədiyimiz üçün profilaktika və qarşısını almaq da əlimizdə olmur. Amma bundan başqa hipofiz vəzinə metastatik şişlər, beyindaxili meningiomalar, hamartomalar, kraniofaringiomalar və s. çeşidli onkoloji və yaxud da blastomalara, şişlərə bağlı hipofiz vəzində olan təsir, kompressiya baxımından fəaliyyətin yetərsizliyi ola bilər, travma ola bilər, kəlləiçi travmalar, beyin travmaları, hipofiz vəzinə təsir edə bilər.

Kraniofaringiomalar daha çox uşaqlarda aktualdır. Bundan başqa iltihabi xəstəliklər, damar xəstəlikləri, anevrizmalar, sistem xəstəlikləri, meningitlər, infeksion xəstəliklər, vərəm, siflis, qazanılmış immunodefisit sindromu bu kimi xəstəliklərdə hipofiz vəzinin xəstəliklərin yaranmasına səbəb ola bilər.

Ən çox beyin şişlərinin təsadüfən 10 faizdən artığı adenomaların payına düşür. Beyin içində olan adenom genetik bir sindrom olan MEN sindromunun da bir komponenti ola bilər. Bundan başqa, hamiləlik vaxtı, doğuş zamanı qan itirmələrə və hemorragik şoka bağlı Şixan sindromu dediyimiz hipofizə vəzinə qansızma, hipofizin nekrozu və yetərsizliyi də daha çox praktikada olur, rast gəlinir. Səbəbləri çox çeşidlidir, adenomalar burada başda gələn səbəblərdən hesab olunur.

Paylaş
Həkimə ehtiyac var?