Hipofiz vəzi xəstəlikləri hansılardır?

Hipofiz vəzi xəstəlikləri çox geniş yelpazədə dəyişən bir problemdir.Bildiyimiz kimi endokrin sistemin major orqanı olan hipofiz vəzində çox vaxt adenomalar, xoş xasiyyətli tümörlər, şişlər olur və onlar özlərinə məxsus müəyyən hormonlar istehsal edir və bu hormonların artmasına bağlı olaraq da biz onlara müxtəlif adlar ilə tibbi olaraq ifadə edirik.Akromeqaliya böyümə hormonun yüksəlməsi ilə gedən xəstəlikdir. Prolaktinoma prolaktin hormonu yüksəkliyi ilə gedən bir xəstəlikdir.

Kuşinq xəstəliyi hipofiz qaynaqlı olursa AKTH hormonunun yüksəlməsi ilə bağlı gedən bir xəstəlikdir. Bəzən TSHomalar, FSHomalar, yəni hipofiz hormununun yaratdığı hormonların artıqlığına bağlı xəstəliklər olur və bir də bunun tərsi olur.Hipofiz vəzin hormon yetərsizliyinə bağlı olaraq hipopiti  utarizm hipofizitlərə bağlı, autoimmun xəstəliklərlə bağlı, keçirilən boyun əməliyyatları, travmalara bağlı olaraq hipofiz vəzində hormon yetərsizliyinə bağlı müxtəlif xəstəliklər qarşımıza çıxmaqdadır. Bundan başqa nadir də olsa hipofiz vəzin onkoloji xəstəlikləri, metastatik şişləri,  müəyyən parazitar kistaları, törəmələri də bu xəstəliyi əhatə etməkdədir.Təbii ki, bu xəstəliyin diaqnostikası, laborator müayinəsi, radiodiaqnostikası, həkim endokrinoloq nəzarəti altında aparılırsa, bu xəstələr doğru-düzgün müalicə alıb sağala bilirlər.

Paylaş
Həkimə ehtiyac var?