Hipofiz vəzi xəstəlikləri hansılardır?

Hipofiz vəzi xəstəlikləri çox geniş yelpazədə dəyişən bir problemdir. Bildiyimiz kimi endokrin sistemin böyük orqanı olan hipofiz vəzisində çox vaxt adenomalar, xoşxassəli tümörlər, şişlər olur və onlar özlərinə məxsus müəyyən hormonlar istehsal edir və bu hormonların artması ilə əlaqədar olaraq da müxtəlif adlanırlar. Akromeqaliya böyümə hormonunun yüksəlməsi ilə xassələnən, prolaktinoma isə prolaktin hormonunun yüksəkliyi ilə xassələnən xəstəliklərdir.

Kuşinq xəstəliyi hipofiz qaynaqlı, AKTH hormonunun yüksəlməsi ilə bağlı xəstəlikdir. Bəzən TSH-omalar, FSH-omalar, yəni hipofiz hormununun yaratdığı hormonların artıqlığına bağlı xəstəliklər olur və bir də bunun əksi olur. Hipofiz vəzisinin hormon yetərsizliyinə bağlı olaraq hipopiti utarizm hipofizitlərə bağlı, autoimmun xəstəliklərlə bağlı, keçirilən boyun əməliyyatları, travmalara bağlı olaraq hipofiz vəzində hormon yetərsizliyinə bağlı müxtəlif xəstəliklər qarşımıza çıxır. Bundan başqa nadir də olsa, hipofiz vəzin onkoloji xəstəlikləri, metastatik şişləri,  müəyyən parazitar kistaları, törəmələri də bu xəstəliyi əhatə edir. Təbii ki, bu xəstəliyin diaqnostikası, laborator müayinəsi, radiodiaqnostikası, həkim endokrinoloq nəzarəti altında aparılırsa, bu xəstələr doğru-düzgün müalicə alıb sağala bilirlər.

Paylaş
Həkimə ehtiyac var?