Hipofiz vəzi xəstəliklərinin yaranma səbəbləri hansılardır?

Hipofiz vəzi xəstəliklərinin yaranma səbəbləri fərqlidir.

Hipofiz vəzi xəstəliklərinin yaranma səbəbləri fərqlidir. Daha çox bu adenomalarla əlaqədar hormon artıqlığına yaxud da əskikliyinə səbəb ola bilən düyünlər, törəmələrdir. Bunların yaranma səbəbi tam olaraq məlum deyil. Ehtimal olunur ki, irsi səbəblər, yəni gen mutasiyaları ilə əlaqəlidir. Səbəbini bilmədiyimiz üçün profilaktika və qarşısını almaq da əlimizdə olmur. Amma bundan başqa hipofiz vəzisinə metastatik şişlər, beyindaxili meningiomalar, hamartomalar, kraniofaringiomalar və s. kimi müxətlif onkoloji və yaxud da blastomalara, şişlərə bağlı hipofiz vəzisində olan təsir, kompressiya baxımından fəaliyyətin yetərsizliyi və travma ola bilər. Kəlləiçi və beyin travmaları da hipofiz vəzinə təsir edə bilər.

Kraniofaringiomalar daha çox uşaqlarda aktualdır. Bundan başqa iltihabi xəstəliklər, damar xəstəlikləri, anevrizmalar, sistem xəstəlikləri, meningitlər, infeksion xəstəliklər, vərəm, sifilis, qazanılmış immun çatışmazlığl sindromu bu kimi xəstəliklərdə hipofiz vəzisinin xəstəliklərinin yaranmasına səbəb ola bilər.

Beyin şişlərinin 10 faizdən artığı adenomaların payına düşür. Beyində olan adenom MEN genetik sindromunun da bir komponenti ola bilər. Bundan başqa, həkimlik praktisında hamiləlik və doğuş zamanı qan itirmələr və hemorragik şok ilə əlaqədar ortaya çıxan  Şixan sindromunda hipofiz vəzisinə qansızma, hipofizin nekrozu və yetərsizliyinə də  rast gəlmək olur. Səbəbləri çox müxtəlifdir. Adenomalar burada əsas səbəblərdən hesab olunur.

Dr. Hidayət Məmmədzadə

Dr. Hidayət Məmmədzadə

Baku Medical Plaza klinikası, Endokrinologiya şöbəsinin müdiri.

Dr. Hidayət Məmmədzadə — Baku Medical Plaza klinikasının Endokrinologiya şöbəsinin müdiri. 1998-ci ildən həkimdir; endokrinologiya, diabetologiya və pediatrik endokrinologiya üzrə ixtisaslaşıb.

Həkim haqqında ətraflı

Oxumağa davam edin

Bu mövzuda başqa yazılar

Hipofiz vəzi

Hipofiz vəzi xəstəliklərinin səbəbləri nələrdir?

Hipofiz vəzi bədənin hormon balansını tənzimləyən, son dərəcə əhəmiyyətli endokrin vəzdir. Hipofiz vəzisində meydana gələn xəstəliklər, müxtəlif fizioloji…

Oxu
Hipofiz vəzi

Ən çox rast gəlinən hipofiz vəzi xəstəlikləri hansılardır?

Hipofiz vəzi bədənin müxtəlif fizioloji funksiyalarını tənzimləyən, çoxsaylı hormonları istehsal edən və digər endokrin vəzləri idarə edən orqandır. Hipofizin…

Oxu
Hipofiz vəzi

Hipofiz vəzi xəstəliklərinin hansı şikayətləri olur?

Hipofiz vəzi bədənin hormon balansını tənzimləyən orqan olaraq müxtəlif xəstəliklərə səbəb ola bilər. Hipofiz xəstəlikləri hormon ifrazının azalması və ya…

Oxu